Qranat tozu Garnet

Qranat tozu Garnet-təbii mineraldır.


Abraziv qranat kristal quruluşa malikdir və dağılmaya qarşı yüksək müqavimət göstərir. Qranat tozu məhz bu xüsusiyyətlərinə görə davamlı material sayılır. Birinci növ qranat tozu Garnet abraziv qranatının istehsal olunması üçün əla materialdır. Belə tozun strukturunun keyfiyyətinin yaxşılaşdırılması üçün, ilk öncə onu mexaniki emal etmək lazımdır. Hidroabraziv kəsim dəzgahında işləmək üçün GMA Garnet Mesh 80 növlü qranat abraziv tətbiq olunur. Hidroabraziv kəsim – su və abraziv şırnağının köməyi ilə kəsim deməkdir. Bunun üçün məhz GMA qranat tozu istifadə edilir. Su ilə kəsim üsulu ən yaxşı üsul sayılır, belə ki, həm enerjiyə qənaət edir, həm də ekoloji cəhətdən təhlükəsizdir. Hidroabraziv kəsim şüşə, metal, daş və digər materialların emalı üçün istifadə oluna bilər. Garnet məlum faydalı qazıntılardan ən bərki və davamlısı sayılan Almandin qranatının qranullarından ibarətdir. Almandin - ən məşhur qranatdır, adətən al-qırmızı rəngin müxtəlif çalarlarında izometrik kristal şəklində rast gəlinir.