Doğranmış qırma

Doğranmış qırma

İstehsal sahənizə gəlirik, iş qaydaları əməkdaşlarınıza pulsuz öyrədirik və avadanlığınızı quraşdırırıq, xərclərin azalmasına, qırma emalı prosesinin effektivliyinin yüksəlməsinə zəmanət veririk


Səthin təmizlənməsi - Səthin hazırlanması - Daşın kəsilməsi



Bərklik

Termik emalın patentləşdirilmiş texnologiyası qırmanın yüksək istismar xarakteristikası ilə bərkliyin dar diapazonunda istehsalına imkan yaradır ki, bu da öz növbəsində qırma emalı prosesinin yüksək texniki-iqtisadi göstəricilərini (qırma xərclərinin azalması, məhsuldarlığın yüksəlməsi və prosesin sabitliyi) təmin edir.


Kimyəvi tərkibi

Məhsulumzun dəyişməyən yüksək keyfiyyətinin sübutudur. Qırmanın kimyəvi tərkibinin texniki tələblərə ciddi şəkildə uyğun olması bərklik, forma, mikro və makro quruluş kimi yüksək keyfiyyət göstəricilərinə nail olmaq üçün əsasdır. İlkin xammala yüksək tələbkarlıq, texnoloji intizama riayət və müasir nəzarət vasitələri kimyəvi tərkibin sabitliyini təmin edir.


Fraksiya tərkibi

Fraksiya tərkibinin təsdiq edilmiş tələblərə uyğunluğu fraksiya tərkibinə üç səviyyəli nəzarət (tex.proses, yarım məhsul, hazır məhsul) ilə təmin edilir. İstehsalın yüksək texnoloji hazırlıq səviyyəsi fraksiya tərkibinə tələblər sahəsində istehlakçının ən nəfis tələblərini təmin etməyə imkan verir. RF, MDB, Aİ ölkələrinin bazarları üçün qırma SAE J444, DÜST 11964-81, ISO 11124 üzrə istehsal edilir.Fraksiya tərkibi tələb olunan emal məqsədləri nəzərə alınmaqla seçilir: səthin çirklənməsi, tələb edilən nahamarlıq, səthin təmizliyi, işlənən materialının tipi.